
Bakı. Trend:
Azərbaycan cüdoçusu Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində
gümüş medal qazanıb.
Trend-in
məlumatına görə, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim
Tçkayev Komor adaları, Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri və
Kanadadan olan rəqibləri üzərində qələbə qazanaraq finala
yüksəlib.
Həlledici görüşdə belçikalı Matias Kasselə uduzan idmançı fəxri
kürsünün ikinci pilləsinə qalxıb.
Millinin digər üzvləri Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər
ikisi 73 kiloqram) və Səid Mollayi (81 kiloqram) isə uğursuz nəticə
göstəriblər.





























