Advertisement

Azərbaycan çempionatına yekun vurulub – Trend.Az

Bakı. Trend:

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 2023/24
mövsümünə yekun vurulub.

Trend İdman.biz
istinadən xəbər verir ki, bu gün XX turun oyunları keçirilib.

“Record club” yarışdan kənarlaşdırıldığı üçün “Baku Fire” 3 xalı
meydana çıxmadan qazanıb. “Neftçi” bu dəfə meydana legionerlərsiz
çıxıb və “Yasamal Bakı”ya 15:6 hesabı ilə qalib gəlib. Yüksək
Liqada mövsümün son matçında isə “Araz-Naxçıvan” U-19-un qapısından
8 cavabsız top keçirib.

Bu oyundan sonra komandalara və ən yaxşılara mükafatlar təqdim
olunub. Vitali Borisova ən yaxşı baş məşqçi, 57 qol vuran
“Neftçi”nin üzvü Reza Abgouna isə ən məhsuldar oyunçu nominasiyası
üzrə mükafat verilib. “Neftçi” bürünc, “Baku Fire” gümüş,
“Araz-Naxçıvan” isə qızıl medallar və çempionluq kubokunu alıb.
Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti
Elşən Abasov və AFFA-nın baş katibinin müavini Kamran Vəliyev
təqdim ediblər.