
Bakı. Trend:
Ermənistanda Müdafiə Nazirliyinin iki əməkdaşı həbs edilib.
Trend erməni KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi
məlumat yayıb.
Məlumata görə, onlar aprelin 12-də 4 hərbçinin ölümü ilə
nəticələnən hərbi yük maşınının qəzaya uğraması işi çərçivəsində
həbs edilib.
Onlar Ermənistan Cinayət Məcəlləsinin 538-ci maddəsinin 4-cü
hissəsi (nəqliyyat vasitələrini idarə etmə və ya istismarı
qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə
səbəb olduqda) ilə ittiham olunublar. Bu maddə üzrə maksimum cəza 8
il müddətinə azadlıqdan məhrumetmədir.
Qeyd edək ki, aprelin 12-də Ermənistan Ordusunun hərbçiləri yol
qəzasına düşüb. Hadisə aprelin 12-də saat 15:25 radələrində qeydə
alınıb. “Ural” markalı yük avtomobili naməlum şəraitdə yolun
hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb.
Qəza nəticəsində, ilkin məlumatlara görə, 4 nəfər ölüb,
yaralılar var.





























