Advertisement

Fransa və Yaponiya hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron və Yaponiyanın baş naziri
Fumio Kişida milli silahlı qüvvələrin qarşılıqlı fəaliyyətinə dair
saziş hazırlamaq barədə razılığa gəliblər.

Trend-in
məlumatına görə, bu barədə iki liderin Parisdıki görüşündən sonra
Yelisey sarayının yaydığı məlumatda deyilib.

Bildirilib ki, görüşdə Fransa və Yaponiya arasında müdafiə
məsələlərində strateji əməkdaşlığın gücləndirilməsi qərara
alınıb:

“Tərəflər Fransa ordusu ilə Yaponiyanın özünümüdafiə qüvvələri
arasında əməliyyat əməkdaşlığının inkişafı üzrə sazişin bağlanması
üzrə danışıqlar prosesinə başlayacaqlar”.