
Bakı. Trend:
“Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə
aktualdır”.
Trend xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi X
hesabında bildirib.
“Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur
etməməsi daha çox itkilərə və xəsarətlərə səbəb olur.
Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb,
ayağı amputasiya edilib.
2020-ci ilin noyabr ayından indiyədək 343 nəfər minaların
qurbanı olub”, – deyə paylaşımda qeyd olunub.





























