
Bakı. Trend:
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmək və
hər şeyi görmək istəyirəm. Avropa Komissiyası Azərbaycanda mina
əleyhinə aparılan işlərdə dəstəyini əsirgəmir. Avropa İttifaqına
(Aİ) üzv ölkələr həmrəylik göstərəndə ortaya yaxşı iş qoya bilirik.
Biz bu məsələdə daha çox iş görməyə hazırıq.
Trend xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Qonşuluq
və Genişlənmə danışıqları üzrə daş direktoru Gert Jan Koopman
“Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbirdə
söyləyib.
Avropa Komissiyasının rəsmisi bildirib ki, Aİ və üzv dövlətlər
2020-ci ildən bəri Azərbaycana 10 milyon avro məbləğində qrant
yardımı edib. Bu məbləğin 13 milyon avroya çatacağı gözlənilir.
“Bacarıqların artırılması üçün 2 milyon avro qrant ayrılıb.
“Team Europe” proqramı çərçivəsində də layihələr barədə düşünürük.
Azərbaycanın bu layihəyə marağı olsa, kömək etməyə hazırıq”, – deyə
Gert Jan Koopman vurğulayıb.





























