Advertisement

Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar (FOTO)

Bakı. Trend:

Azərbaycan Banklar Assosiasiyası və Türkiyə Banklar Birliyi
tərəfindən Türkiyəyə təşkil edilən işgüzar səfər çərçivəsində
Azərbaycan banklarının nümayəndələri ilə Ziraat Bank Azərbaycanın
əsas səhmdarı, 160 illik tarixə malik Türkiyənin dövlət bankı
“Ziraat Bankası” arasında görüş keçirilib.

26 Aprel tarixində Azərbaycan Banklar Assosiasiyasının Marketinq
və PR Ekspert qrupunun üzvləri ilə Türkiyə “Ziraat Bankası”nın
Korporativ Əlaqələr və Data Analitikası departamentləri arasında
təcrübə mübadiləsi məqsədli görüşlər keçirilib. Görüşdə Türkiyənin
“Ziraat Bankası”nın Korporativ Əlaqələr və Data Analitikası
departamentlərinin nümayəndələri reklam kampaniyalarının
hazırlanması və effektivliyinin hesablanması, müştəri
münasibətlərinin idarə edilməsi, araşdırma və analiz mövzuları üzrə
təcrübələrini paylaşıb, qrup üzvlərinin suallarına cavab veriblər.
Azərbaycan banklarının nümayəndələri, həmçinin Türkiyənin “Ziraat
Bankası”nın baş ofisində yerləşən və Türkiyənin bankçılıq tarixi
haqqında məlumat verən “Sanat Müzesi”nə ziyarət edərək bankların
tarixi və keçmişdə istifadə edilən məhsulları ilə tanış
olublar.

Qeyd edək ki, işgüzar səfər aprel ayının 24-dən 26-dək davam
edib. Səfər zamanı Azərbaycan banklarının nümayəndələri “Yapı Kredi
Bankası”, “Halk Bankası”, “Garanti Bank BBVA”, “Mastercard” və
“Haber Global” TV kimi məşhur qurumlarda görüşlər keçirib, təcrübə
mübadiləsi aparıblar. İşgüzar səfərin əsas məqsədi ekspert qrupunun
üzvlərinin korporativ sosial layihələr haqqında, digital marketinq
sahəsində məlumat toplanılması və təcrübə mübadiləsinin aparılması
olub. İşgüzar səfərdə Ziraat Bank Azərbaycanın nümayəndələri də
iştirak ediblər.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160
illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib
hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında
fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq
sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt
şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və
xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı
məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin,
Youtube
sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək
əldə edə bilərsiniz.