Advertisement

Azərbaycanda “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Bakı. Trend:

Azərbaycanda “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi
hazırlanıb və hazırda qanun layihəsinin razılaşdırılması prosesi
gedir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi tıminat
şöbəsinin müdiri Taliyə İbrahimova Medianın İnkişafı Agentliyinin
təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində”
mövzusunda Forum çərçivəsində “Sosial məsələlərin, həmçinin, məişət
zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün
işıqlandırılması” adlı panel sessiyasında deyib.

Onun sözlərinə görə, eyni zamanda, ölkəmizdə oyunların,
kitabların uşaqların yaşına uyğun təsnifatlaşdırılması nəzərdə
tutulur.

T.İbrahimova əlavə edib ki, media uşaqlar arasında yayılması
qadağan edilmiş informasiyaların yayılmasında məsuliyyətli
olmalıdırlar.

“Bütün bunlar üçün də peşəkarlıq tələb olunur. Son zamanlar
mediada cinayətlərlə, ölüm halları ilə bağlı daha mötəbər mənbələrə
istinad olunur. Məlumatlar orada təqdim olunan formada paylaşılır”,
– deyə o əlavə edib.