Advertisement

“Hizbullah”la böhranın diplomatik həllinə hazırıq – Yoav Qalant

Bakı. Trend:

İsrailin müdafiə naziri Yoav Qalant ABŞ Prezidentinin enerji
məsələləri üzrə müşaviri Amos Hokşteyn ilə söhbətində Livanla
sərhəddəki böhranı diplomatik üsullarla həll etməyə hazır olduğunu
bildirib.

Trend xəbər verir
ki, bu barədə “The Times of Israel” yazıb.

“Biz böhranı diplomatik üsullarla həll etməyə hazırıq. Bununla
belə, başqa ssenarilərə də hazırıq”, – Qalant bildirib.

Hokşteynlə görüş Tel-Əvivdə baş tutub.

Öz növbəsində İsrail televiziyası bildirib ki, Hokşteyn
“Hizbullah”ın qüvvələrini İsraillə sərhəddən çıxara biləcəyinin
mümkün diplomatik həlli barədə siqnallar verib.

Oktyabrın 7-də Həmasın İsrailə hücumundan sonra “Hizbullah”
Qəzzadan olan fələstinlilərlə həmrəylik ifadə etmək üçün mütəmadi
olaraq İsrail ərazisini atəşə tutub. Bununla belə, Livan qrupu
genişmiqyaslı döyüşlərdən yayınıb. İsrail də öz növbəsində
“Hizbullah”ın hücumlarına cavab verib, lakin indiyədək gərgin
döyüşlərdən çəkinərək diqqətini Livanla sərhəddə deyil, Qəzzada
gedən döyüşlərdə cəmləyib.