
Bakı. Trend:
Sizin yerli Avropa bankınız AccessBank, öz investoru – nüfuzlu
beynəlxalq maliyyə institutu olan responsAbility Investment AG ilə
Kredit Müqaviləsinin imzalandığını elan edir.
Razılaşmaya əsasən responsAbility Investment AG tərəfindən idarə
olunan iki maliyyə fondu ilə 3 il müddətinə – 3 milyon ABŞ dolları
və 2 milyon ABŞ dolları dəyərində iki Kredit Müqaviləsi
təsdiqlənib. Cəlb edilən vəsaitlər Azərbaycanda sahibkarlığın
təşviqi və inkişafına yönəlmiş təşəbbüslərə, o cümlədən Bankın əsas
prioritet istiqamətlərindən olan mikrokreditlərin
maliyyələşdirilməsinə yönəldiləcək.
“İnvestorumuz olan responsAbility Investment AG-dən aldığımız bu
maliyyə dəstəyini çox yüksək qiymətləndiririk. Bu razılaşma yalnız
biznes əməliyyatı deyil, həm də qarşılıqlı etimad və bankımızın
Azərbaycanda sahibkarların imkanlarının genişləndirilməsi
siyasətinə sadiqliyimizin bariz nümunəsidir. Cəlb edilən vəsaitlər
hesabına biz regionda iqtisadi artım və inkişafı təşviq etmək üçün
təşəbbüslərimizi daha da gücləndirəcəyik. Hər bir kredit yeni
üfüqlərə çatmaq üçün bir fürsətdir və biz bu səyahətin bir hissəsi
olmaqdan qürur duyuruq. Məqsədimiz müştərilərimiz üçün maliyyə
sabitliyi və inkişaf yolunda etibarlı tərəfdaş olmaqdır”, – bunu
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
responsAbility Investment AG dünyada aktivlərin idarə edilməsi
və inkişafa yatırımlar edən aparıcı şirkətlərindən biridir. Şirkət
inkişaf etməkdə olan iqtisadiyyatlarda müxtəlif investisiya
mexanizmlərinin idarə edilməsin həyata keçirir.
AccessBank-la imzalanan Kredit Müqaviləsi şirkətin bankın
siyasətinə və potensialına etibarını əks etdirir.
responsAbility Investment AG 70 ölkədə 250-dən çox şirkətə
sərmayə qoymuş 4,5 milyard ABŞ dollarından çox aktivə malikdir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider
olaraq, 2002-ci ildən kiçik
və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları
sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq
Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer
alır. Bankın 14-ü Bakıda, 19-u bölgələrdə olmaqla, 33 filialı
fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə
imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə
məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar
.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək
üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az
saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə (Facebook,
Instagram,
LinkedIn)
müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı
tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya
əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.



























