
Tbilisi. Trend:
İqlim dəyişmələri ilə mübarizə layihələrində onları
maliyyələşdirmə üçün tam yararlı edən müəyyən dəyişikliklər baş
verir.
Trend xəbər
verir ki, bu barədə AİB-in bazar həlləri üzrə vitse-prezidenti
Bharqav Dasqupta Tbilisidə AİB-in illik toplantılarının
kuluarlarında jurnalistlərə deyib.
“Beləliklə, bunlar tipik günəş panelləridir. Düşünmürəm ki,
maliyyələşdirmə sahəsində müsbət nəticə əldə etmək üçün hər hansı
güzəştli kapital maliyyələşdirilməsi lazım olsun. Maliyyələşdirmə
üçün seçilən layihələr daha inkişaf etmiş sahələr üzrə
hazırlanır.
Bunlar uzunmüddətli perspektivdə çox vacib olan yeni
texnologiyalardır, lakin biznes müəyyən dəstək olmadan onları
kommersiya baxımından həyat qabiliyyətli etmək üçün xərclərin
azalacağı səviyyəyə çatmır”, – o deyib.
O qeyd edib ki, 10 il əvvəlki günəş panellərinə baxsaq, onların
hər hansı istehlakçı şərti olmadan kommersiya həyat qabiliyyətli
olmadığını görərik.
“Bu səbəbdən, rentabellikdən danışanda biz hələ də bu
layihələrin maliyyələşdirilməsində maraqlıyıq”, – deyə o əlavə
edib.
Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik
toplantının mövzusu “Gələcəyə Körpü”dür.
İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.
Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,
ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB
prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə
də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış
edəcəklər.
İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean
regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən
keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min
iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların
rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun
nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak
edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























