Advertisement

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası – sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın ev sahibliyi edəcək COP29-a beynəlxalq vətəndaş
cəmiyyətinin hazırlıq prosesi çərçivəsində LINKS – Avropa Fondu
tərəfindən mayın 3-də Almaniyanın Bonn şəhərində “COP29 və sonrası
– sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans
keçirilib.

Trend xəbər verir ki,
konfransda BMT-nin, Avropa İttifaqının, həmçinin nüfuzlu
qeyri-hökumət təşkilatlarının və beyin mərkəzlərinin nümayəndələri
iştirak ediblər.

Konfransın açılışında Birləşmiş Ərəb Əmirliklərinin iqlim üzrə
baş danışıqçısı Hana Əl-Haşimi, COP29-un İqlim üzrə yüksək
səviyyəli çempionu Nigar Arpadarai, Almaniya Xarici İşlər
Nazirliyinin Enerji üzrə xarici siyasət idarəsinin müdiri Markus
Hiken çıxış ediblər.

Çıxışlarda iqlim dəyişikliyi ilə gələcəyin münaqişələri arasında
ciddi qarşılıqlı əlaqənin olduğu bildirilərək, Azərbaycanın ev
sahibliyi edəcəyi COP29 çərçivəsində bu kimi yeni qlobal
çağırışlara birgə cavabların axtarılmasının vacibliyi qeyd
olunub.