
Bakı. Trend:
Qəzada xəsarət alan hərbçimiz vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən Trend-ə bildirilib.
“Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya
uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad
Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı
hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımız
həkimlərimizin nəzarəti altındadır.
Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı
araşdırma aparılır”, – deyə məlumatda qeyd olunub.





























