Advertisement

KTMT Ermənistansız da effektiv struktur olaraq qalacaq – Zaxarova

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan
olmadan da, Avrasiyada təhlükəsizliyin təmin edilməsi üçün effektiv
struktur olaraq qalacaq.

Trend xəbər
verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi
nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

“Ermənistanın təşkilatdan çıxa biləcəyi və ya bilməyəcəyi ilə
bağlı sual İrəvana ünvanlanmalıdır. Biz əvvəlki kimi erməni
tərəfdaşlarımızın istənilən digər suveren ölkə kimi öz xarici
siyasət kursunu, o cümlədən Təşkilatda gələcək fəaliyyət
kontekstində müstəqil şəkildə müəyyən etməklə bağlı suveren
hüququnu şübhə altına almırıq.

Xatırladım ki, Nizamnamənin 19-cu maddəsi Təşkilatdan çıxmaq
imkanını müəyyənləşdirir. Bu halda dövlət KTMT üzrə öhdəliklərini
tənzimlədikdən sonra Təşkilatdan çıxış tarixindən ən azı altı ay
əvvəl rəsmi bildiriş göndərməlidir”, – Rusiya XİN nümayəndəsi
deyib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun