Advertisement

Rusiya şəkərin ixracına müvəqqəti qadağa qoyub

Bakı. Trend:

Rusiya hökuməti şəkərin ixracına müvəqqəti qadağa qoyub.

Trend xəbər verir ki, hökumət bu qərarı daxili ərzaq bazarının
sabitliyini qorumaq məqsədi daşıdığını bildirib.

Məhdudiyyət bu il avqustun 31-dək qüvvədədir. Eyni zamanda,
Avrasiya İqtisadi Birliyinin (Aİİ) dörd ölkəsinə məhdud səviyyədə
ixraca icazə veriləcək: Ermənistana 28 min ton; Belarusa 5 min ton;
Qazaxıstana 120 min ton; Qırğızıstana 28,5 min ton.