Advertisement

BMT-dəki daimi nümayəndələri COP29-a dəvət olunub

Bakı. Trend:

Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev
Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra ölkə liderlərinə
ünvanladığı COP29-a dəvət məktubları dünya təşkilatındakı
həmkarlarına çatdırıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanındakı daimi
nümayəndəliyi bildirib.

“COP29-a hazırlığın tam davam etməsi fonunda Azərbaycan
Respublikasının Prezidentinin Salvador, Liviya, Mikroneziya, Yeni
Zelandiya, Nikaraqua, Palau, Seneqal, Seyşel adaları, Suriya,
Tuvalu, Vanuatu və Venesuelanın dövlət və hökumət başçılarına
ünvanladığı dəvət məktubları Azərbaycanın daimi nümayəndəsi
tərəfindən Nyu-Yorkda BMT Baş Qərargahında akkreditə olunmuş
hörmətli həmkarlarına çatdırılıb”, – Azərbaycanın BMT yanındakı
daimi nümayəndəliyi qeyd edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bu ilin
noyabr ayında Azərbaycanda keçiriləcək.