Advertisement

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. Trend:

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında
Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, memorandum Azərbaycan Gimnastika
Federasiyasının baş katibi Nurlana Məmmədzadə və Monteneqro
Gimnastika Federasiyasının prezidenti Radonic Vesna tərəfindən
imzalanıb.

Görüşdə qarşılıqlı əməkdaşlığın federasiyalararası təcrübə
mübadiləsi baxımından əhəmiyyətli olduğu bildirilib.