
Bakı. Trend:
UEFA AVRO-2024-ün iştirak ərizəsi ilə bağlı yekun qərarı
açıqlayıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, yığmalar final mərhələsində 26 futbolçu
sifariş edə biləcəklər.
Qərar iyunun 7-dən qüvvəyə minəcək. Bu barədə UEFA rəsmı
açıqlama verib: “İyunun 7-dən etibarən AVRO-2024-də komandaların
iştirak ərizəsində futbolçuların sayı 23-dən 26-ya yüksələcək”.
Covid-19 pandemiyası ilə əlaqədar AVRO-2020-də UEFA heyətdəki
futbolçuların sayını 26-ya yüksəltmişdi. Qurum bu dəfə də eyni
addımı atıb.
Qeyd edək ki, Almaniyada təşkil olunacaq Avropa çempionatı
iyunun 14-dən iyulun 14-dək davam edəcək.





























