
Bakı. Trend:
Nepalda Ali Məhkəmə Everest zirvəsinə qalxmaq üçün verilən
icazələrin sayını məhdudlaşdırmaq barədə qərar çıxarıb.
Trend xəbər verir ki, bu barədə yerli “Respublika” nəşri məlumat
yayıb.
Məsələyə baxılmasına səbəb vəkil Dipak Bikrom Mişranın verdiyi
ərizə olub.
Məhkəmə icazələrin verilməsini azaltmaqla yanaşı, qurbanların
təcili təxliyəsi üçün təyyarəyə ehtiyac duyulduğu hallar istisna
olmaqla, baza düşərgələri ilə zirvə arasında səyahət etmək üçün
vertolyotlardan istifadəni də qadağan edib. Bundan əlavə, indi
Everestə qalxmaq istəyənlər ərizədə alpinistlər qrupunda neçə
nəfərin olacağını qeyd etməli və özləri ilə aparacaqları əşyaların
siyahısını əlavə etməlidirlər.
Nepal Turizm Departamentinin məlumatına görə, 2023-cü ildə 478
xarici ölkə vətəndaşına Everestə qalxmaq icazəsi verilib, onlardan
287 nəfəri zirvəyə qalxa bilib. Daha 359 alpinist “Şerpa”
bələdçilərinin köməyi ilə dağa qalxıb. Beləliklə, Yer kürəsinin ən
yüksək zirvəsini ziyarət edənlərin ümumi sayı 646 nəfər olub.
Nepalın Ali Məhkəməsi öz qərarında ölkə üçün turizmin
əhəmiyyətini vurğulasa da, dağa dırmanmanın populyarlığının
Everestin ekologiyasını təhdid etdiyinə diqqət çəkib.





























