Advertisement

“Google”dan rəsmi proqramlarla bağlı YENİLİK

Bakı. Trend:

“Google” rəsmi hökumət proqramlarını müvafiq etiketlə
işarələməyə başlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, tətbiqin rəsmi
mənşəyini təsdiqləmək üçün yükləmə düyməsinin yanında “Government”
və ya “Dövlət Qurumu” qeydinin olmasına diqqət edilməlidir.

Hazırda yenilik Avstraliya, Braziliya, Böyük Britaniya,
Almaniya, Hindistan, İndoneziya, Kanada, Meksika, ABŞ, Fransa,
Cənubi Koreya və Yaponiyada hökumət proqramları üçün işləkdir.
Müvafiq işarəni NASA, FEMA, IRS2Go və başqalarının tətbiqlərində
tapmaq olar.