Advertisement

Ermənistan Azərbaycan Ordusu ilə bağlı yayılmış dezinformasiyanı təkzib etdi

Bakı. Trend:

Ermənistan Müdafiə Nazirliyi sosial şəbəkədə yayılmış Azərbaycan
Ordusunun Tavuşdakı erməni mövqelərini atəşə tutduğuna dair
məlumatları təkzib edib.

Trend erməni
KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan MN bəyanat
yayıb.

“Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinin Tavuşdakı
erməni mövqelərini atəşə tutması ilə bağlı məlumatlar reallığı əks
etdirmir”, – bəyanatda deyilir.

Ermənistan MN vətəndaşları rəsmi məlumatları izləməyə
çağırıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun