
Bakı. Trend:
2023-cü il ərzində Azərbaycanda ümumi çəkisi 4 ton 464 kiloqram
müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb.
Bunu Trend-ə
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev
deyib.
O bildirib ki, bunlardan 2 ton 727 kiloqramı marixuana, 1 ton
308 kiloqramı heroin olub.
“Bundan başqa 385 kiloqram psixotrop maddə olan metamfetamin
dövriyyədən çıxarılıb”, – deyə o əlavə edib.
Qeyd edək ki, 2024-cü ilin yanvarına olan məlumata görə,
Azərbaycanda 36659 narkotikdən əziyyət çəkən şəxs dispanser
nəzarətindədir. Ötən il ərzində 405 nəfər müalicə üçün tibb
müəssisəsinə yerləşdirilib.
Həmin şəxslərin 8458 nəfəri bir neçə növ narkotik vasitə
istifadəçisidir. 36659 nəfər narkotik istifadəçisinin 802 nəfərini
qadınlar təşkil edir.





























