Advertisement

İlham Əliyevin Prezident seçkilərində qələbəsi Bakıda Heydər Əliyev Mərkəzinin parkında qeyd olunur (FOTO/VİDEO)

Bakı. Trend:

Heydər Əliyev Mərkəzinin qarşısındakı parkında Bakı sakinləri
Prezident seçkilərində İlham Əliyevin qələbəsini qeyd edirlər.

Trend exit-poll nəticələrini
elan etdikdən sonra insanlar sevinclərini ifadə etmək üçün buraya
toplaşıblar. Təbriklərini fəal şəkildə ifadə edib, sevinclərini
bölüşüblər.

Bu gün İlham Əliyevi dəstəkləyən hər kəs üçün birlik rəmzinə
çevrilib.

Bakının hər yerində bu əlamətdar gündə bayram və birlik
ab-havası hökm sürür.

Xatırladaq ki, bu gün Azərbaycanda Prezident seçkiləri
keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə
alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar
tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa
çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var.
Onlar ölkə üzrə 6537 məntəqədə səs veriblər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə
alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən
müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad
edilmiş əraziləri əhatə edib. İşğaldan azad edilən ərazilərdə 26
seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və
konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23
mindən artıq seçici səsvermə hüququndan istifadə edib.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edib. Onların 216
təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə
gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə
daşınan qutu çatdırılıb.