Advertisement

Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir tutulub
açılacağı gözlənilir. Səhər saatlarında, əsasən saat 10:00-12:00
radələrində bəzi yerlərdə zəif yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətinin direktoru Nazim Mahmudov
Trend-ə bildirib ki, gün ərzində mülayim cənub-şərq küləyinin
əsəcəyi, küləyin sürətinin saniyədə 7-12 metr olacağı, arabir 14-16
metr təşkil edəcəyi, havanın temperaturunun 17-21 dərəcə isti
olacağı gözlənilir.

Xidmət rəsmisi “Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı
Marafonunun iştirakçılarından geyimlərini hava şəraitinə uyğun
seçmələrini tövsiyə edib.