
Bakı. Trend:
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin 8-9 may
tarixlərində Moskvaya səfəri planlaşdırılır.
Trend xəbər
verir ki, bu barədə ölkənin Rusiyadakı səfiri Dauren Abayev “TASS”
agentliyinə müsahibəsində deyib.
“Prezidentlərimiz arasında görüşlər kifayət qədər müntəzəm
keçirilir. Vladimir Putinin oktyabr ayında Qazaxıstana səfərindən
sonra prezidentlərimiz artıq iki dəfə, Sankt-Peterburqda keçirilən
Avrasiya İqtisadi Birliyi və MDB sammitlərində və fevralda Kazanda
keçirilən Gələcək Oyunlarında görüşüblər. Prezidentimizin 8-9 may
tarixlərində Moskvaya səfər planlaşdırılır”, – o deyib.
Qeyd edək ki, mayın 8-də Moskvada Avrasiya İqtisadi Birliyinin
yubiley sammiti keçiriləcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























