Advertisement

Bakıdakı ilk Avropa kubokunun qalibi müəyyənləşdi

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə ilk Avropa kubokunun
qalibi bəlli olub.

Trend xəbər verir ki, bolqarıstanlı Stiliana Nikolova “Cross
Battle” formatında keçirilən çoxnövçülüyün qalibi adını
qazanıb.

Təsnifat mərhələsinin 16 ən güclüsü olimpiya sistemli yarışda
mükafatlar uğrunda mübarizə aparıb. Nikolova finalda italiyalı
Sofiya Raffaeliyə qalib gəlib. Həlledici raundda gimnastlar
gürzlərlə çıxış ediblər.

Bürünc medala israilli Darya Atamanov sahib çıxıb. O,
bolqarıstanlı Boryana Kaleynə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan gimnastlarından Zöhrə Ağamirova 1/4,
Kamilə Seyidzadə 1/8 finalda mübarizəni dayandırıb.