
Bakı. Trend:
Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında bu idman
növünün inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu
imzalanıb.
Azərbaycan Gimnastika Federasiyasından (AGF) Trend-ə verilən
məlumata görə, memorandum AGF-nin baş katibi Nurlana Məmmədzadə və
Kuba Gimnastika Federasiyasının vitse-prezidenti Yanet Vilyalta
Penya tərəfindən imzalanıb.
Bildirilib ki, əməkdaşlıq federasiyalararası təcrübə mübadiləsi
baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, ötən gün Monteneqro və Azərbaycan Gimnastika
federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb.





























