Advertisement

HƏMAS-ın İsraillə atəşkəsin birinci mərhələsinə razılıq verməyə hazırdır – KİV

Bakı. Trend:

Fələstinin “HƏMAS” hərəkatı hətta daimi atəşkəs zəmanəti olmasa
belə, İsraillə təklif olunan nizamlama sazişinin birinci
mərhələsinin həyata keçirilməsinə razılıq verməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə “The Times of Israel” nəşri
mənbələrə istinadən bildirib.

“HƏMAS ilk dəfə olaraq hərbi əməliyyatlara son qoyulması
zəmanəti olmadan birinci mərhələnin başlanmasına razılıq verməyə
hazır olduğunu nümayiş etdirdi”, – deyə qeyd olunub.

Ərəb KİV-ləri bildiriblər ki, Qahirədə keçirilən danışıqlarda
Misirin təklif etdiyi atəşkəs sazişi müzakirə olunub. Birinci
mərhələnin 40 günə qədər davam edəcəyi və Qəzza zolağında
saxlanılan 128 girovdan ən azı 33-nün fələstinli girovlar
müqabilində azad ediləcəyi gözlənilir. Bundan əlavə, birinci
mərhələ İsrail Müdafiə Qüvvələrinin anklavın bəzi hissələrindən
çıxarılmasını nəzərdə tutur.

Yaxın Şərq mediası mənbələrə istinadən yazıb ki, tərəflər
razılıq əldə etməyə yaxındırlar, HƏMAS Misirin təkliflərinə “yaxın
saatlarda” cavab verəcək.