Advertisement

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Bakı. Trend:

İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli
olub.

Trend-in
məlumatına görə, “Real Madrid” sona 4 tur qalmış çempionluğu təmin
edib.

Doğma meydanda “Kadis” klubuna 3 cavabsız qolla qalib gələn
“kral klubu” “Barselona”nın səfərdə “Jirona”ya uduzmasından (2:4)
sonra qızıl medalları rəsmiləşdirib. Bu, Madrid təmsilçisinin 36-cı
La Liqa çempionluğu olub.

Qeyd edək ki, hazırda ilk pillədəki “Real Madrid”in 87 xalı var.
İkinci sırada 74 xalla “Jirona” qərarlaşıb. İlk “üçlüy”ü isə 73
xalı olan “Barselona” tamamlayır.