
Bakı. Trend:
Mayın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Qambiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər,
beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu
Tanqara ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə bildirilib ki, görüş
zamanı iki ölkə arasında diplomatik pasport sahibləri üçün viza
tələbinin aradan qaldırılması barədə saziş nazirlər tərəfindən
imzalanıb.
Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və
çoxtərəfli məsələlər müzakirə edilib.





























