
Bakı. Trend:
“Red Bull” komandasının Niderland pilotu Maks Ferstappen Formula
1 üzrə Mayami Qran Prisinin təsnifat mərhələsində qalib olub.
Trend-in
məlumatına görə, “Ferrari” komandasının monakolu pilotu Şarl Lekler
təsnifat mərhələsində ikinci yeri tutub.
Üçüncüsü isə Ş.Leklerin komanda yoldaşı, ispaniyalı pilot Karlos
Sayns tutub.
Mayın 4-də F.Verstappen sprint yarışının qalibi oldu. Əsas yarış
mayın 5-də keçiriləcək.





























