Advertisement

Müşfiqabadda binadakı yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı
şəhərinin Qaradağ rayonu Yeni Müşviq qəsəbəsində binada yanğın baş
verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal əraziyə FHN-in
Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin
qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən
beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə
yanğın baş verdiyi müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və
təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan
verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının 3-cü
mərtəbəsində ümumi sahəsi 75 kv.m. olan üçotaqlı mənzilin 1
otağının yanar konstruksiyaları 18 kv.m. sahədə yanıb. Qonşu
mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilərək aidiyyəti
üzrə təhvil verilib. Təhlükəsizlik tədbirləri çərçivəsində bina
sakinləri təxliyə edilib.

Mənzilin böyük hissəsi və bitişik mənzillər yanğından mühafizə
olunub.

XXX
14.17

Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində keçmiş məcburi
köçkün ailələri üçün salınmış şəhərcikdə yanğın baş verib.

Trend xəbər verir ki, yanğın şəhərcikdə yerləşən binalardan
birinin üçüncü mərtəbəsində başlayıb.