Advertisement

HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 3-də Qala qəsəbəsində yerləşən 216 nömrəli tam orta
məktəbdə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və onların ailə
üzvləri üçün vətənpərvərlik ruhunda tədbir təşkil olunub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı,
ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir
dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib.

Vətən müharibəsində Hərbi Hava Qüvvələrinin müstəsna rolundan
bəhs edən sənədli film nümayiş etdirilib.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin
və məktəblilərin vətənpərvərlik mövzusunda təqdim etdikləri musiqi
nömrələri böyük maraq və alqışlarla qarşılanıb.

Tədbirdə “Əsgərə məktub” layihəsi və müxtəlif yarışlar, oyunlar
və viktorinalar keçirilib. Yarışlarda qalib olan şagirdlərə
mükafatlar təqdim olunub.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.