
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində və Şərur rayonu,
Danyeri kəndində çoxmənzilli yaşayış binasının zirzəmisinin və
qeyri-yaşayış obyektlərinin subasmaya məruz qalması ilə bağlı
məlumatlar daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, bununla əlaqədar
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin
qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.
Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun
çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik
tədbirləri həyata keçirilib.

























