
Bakı. Trend:
5 ilə yaxın bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi
siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
İqtisadiyyat Nazirliyindən Trendə bildirilib ki, nazirlik
yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin
rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və
şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən
tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı
2019-cu ilin əvvəli ilə müqayisədə 414,1 min vahid artıb və 2024-cü
ilin fevral ayının 1-nə 1.816.008 olub.
Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici
364.533 artaraq 904.455-ə çatıb.



























