Advertisement

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı
Marafonu-2024”ün qalibləri müəyyənləşib.

Trend xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən
Bakı marafonunda qadınlar arasında ukraynalı Nataliya Semenoviç
birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci,
qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.

Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan
tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri
uqandalı İsmail Senyange tutub.

İlk 3 yerin sahiblərinə, müvafiq olaraq, 3000, 2000 və 1000
manat pul mükafatları, medal və diplomlar təqdim olunub.