Advertisement

Türkiyədə “Əhməd Cavad İnstitutu” qurulacaq

Bakı. Trend:

Türkiyədə MHP sədri Devlet Bahçelinin göstərişi ilə “Əhməd Cavad
İnstitutu” qurulacaq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, institutda
türk dünyası ilə bağlı araşdırmalar müzakirə olunacaq.

İnstitutun məqsədi Azərbaycan şairinin çoxşaxəli əsərlərini,
türk dünyasına, o cümlədən mədəniyyət, incəsənət və ədəbiyyata
verdiyi töhfələri araşdırmaq, türk dünyasında fikir və duyğuların
ümumi birliyinin genişləndirilməsinə xidmət etməkdir.