
Bakı. Trend:
Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Yerə enib.
Trend xəbər verir ki, bu
barədə türk KİV-ləri məlumat yayıb.
Qeyd edək ki, A.Gezeravcının kosmosa səyahəti yanvarın 19-da
başlayıb. O, bir sıra təcrübələr həyata keçirib.
Kosmonavtın Yerə dönüşü əlverişsiz hava şəraiti səbəbindən
indiyədək üç dəfə təxirə salınıb.





























