Advertisement

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Bakı. Trend:

Gənc bədii gimnastlardan ibarət Azərbaycan millisinin üzvü İlahə
Bahadırova Bakıda keçirilən Avropa Kubokunda gümüş medal
qazanıb.

Trend xəbər verir ki, o, topla hərəkətlərdə çıxışda fəxri
kürsünün ikinci pilləsinə yüksəlib.

Digər gimnastımız Gövhər İbrahimova isə halqalarla hərəkətlərdə
yeddinci pilləni tutub.

Milli Gimnastika Arenasında təşkil olunan Avropa Kubokunda 37
ölkədən 160 idmançı iştirak edir. Yarışa bu gün – mayın 5-də yekun
vurulacaq.