
Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasında növbəti oyunlar
keçirilib.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, XXXIII turun ikinci gününə Tovuzda start
verilib.
Avrokuboklara vəsiqə üçün mübarizə aparan “Zirə” “Turan Tovuz”un
qonağı olub. Rəşad Sadıqovun yetirmələri səfərdə 2:1 hesabı ilə
qalib gəliblər. Tovuz klubu ardıcıl 3-cü oyunda uduzub.
Günə Bakıda yekun vurulub. Mükafatlara iddialı “Sabah”
“Araz-Naxçıvan”ı məğlub edib. Oyunun taleyini həll edən yeganə qol
1-ci dəqiqədə vurulub. Ayaz Quliyev qələbə topunun müəllifi
olub.
Qeyd edək ki, turun son matçı sabah keçiriləcək. “Səbail”
“Qəbələ”ni qəbul edəcək.





























