
Bakı. Trend:
“HƏMAS” münaqişənin həlli prosesinin ikinci mərhələsində Qəzza
zolağında hərbi əməliyyatlara son qoymaq barədə İsrailin vədi ilə
razılaşıb.
Trend-in məlumatına görə, bu barədə “The Times of Israel” nəşrə
Pakistan KİV-lərinə istinadən bildirib.
Məlumata görə, razılmaşmanın birinci mərhələsində deyil, yalnız
ikinci mərhələsində müharibənin başa çatdırılması təşəbbüsü Həmas
və digər qruplar tərəfindən yekdilliklə bəyənilib.
Təklifin “HƏMAS” və digər qruplar tərəfindən yekdilliklə
dəstəkləndiyi bildirilib. Qeyd olunub ki, əgər İsrail bu təşəbbüslə
razılaşarsa, o zaman “tərəflər saziş bağlamağa daha yaxın
olacaq”.





























