Bakı. Trend:
İqlim dəyişikliyi zəhərli ilanların həyat tərzinə də təsir
edir.
Trend-in
məlumatına görə, bu barədə tədqiqatın nəticələri “Lancet” nəşrində
dərc olunub.
Məqalə müəllifləri bildirirlər ki, iqlim dəyişikliyi ilanların
miqrasiyasını sürətləndirir. Buna görə də, əvvəlki illərdə ilan
olmayan ərazilərdə indi gürzə və kobralara rast gəlinir. Bu da
ilansancma hallarının artması ilə nəticələnir. Bir çox ölkə bu
vəziyyətə hazır deyil.
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, dünyada hər il 130
minədək insan ilansancmadan ölür. Bunun da başlıca səbəbi bir çox
ölkədə ilan zəhəri əleyhinə zərdabların olmamasıdır.




























