Advertisement

Cinayətdə şübhəli bilinən 105 nəfər saxlanılıb – DİN

Bakı. Trend:

4-5 may tarixlərində ölkə ərazisində qeydə alınan 119, əvvəlki
dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər
orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində
axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.

Narkotiklərlə əlaqəli 70 qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 105 nəfər saxlanılıb.