
Bakı. Trend:
Paytaxtda I sinfə qəbulla bağlı 28 337 sorğu yerləşdirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata
görə mayın 6-na (saat 10:30) olan məlumata əsasən, paytaxt
məktəblərinin birinci sinfinə 28 337 uşaq üçün elektron sistem
(https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.
Həmçinin paytaxt məktəblərinin birinci siniflərinə elektron
qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 2 169
müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan
müraciətlərdən 943-ü alternativ qeydiyyat mərkəzlərində, 57-si
onlayn alternativ qeydiyyat mərkəzlərində (“WhatsApp”müraciətləri),
880-i sistemin “Əlaqə” bölməsində cavablandırılıb və valideynlərə
müvafiq dəstək göstərilib. 289 valideyn isə 5, 6 və 7 saylı “ASAN
xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət
edib.
Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil
müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın
13-nə qədər davam edəcək. www.mektebeqebul.edu.az sistemi
vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet
resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə
fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə
(https://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.
Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V
günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir. Valideyn
alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə
aparmasına ehtiyac yoxdur.
Həmçinin onlayn alternativ qeydiyyat mərkəzləri fəaliyyət
göstərir. Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə
bilməyən valideynlərə “WhatsApp” vasitəsilə (070-996-76-63,
070-996-36-62, 070-996-46-68) müraciətlərinin cavablandırılması
üçün müvafiq işçi qrupları tərəfindən də zəruri köməklik
göstərilir.





























