
Bakı. Trend:
UNEC rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi
nümayəndə heyəti Türkiyənin Ege Universitetində işgüzar səfərdə
olub.
Ege Universitetinin rektoru professor Necdet Budaklə görüşdə
UNEC ilə Ege Universiteti arasında “Qida mühəndisliyi” ixtisası
üzrə ötən ildən start verilmiş iki diplom proqramı ilə bağlı yekun
məsələlər müzakirə olunub. İkili diplom proqramına əsasən, 1-ci
kursu bitirmiş UNEC tələbələri 2-ci və 3-cü kursda Ege
universitetində təhsil alacaqlar.
UNEC-in nümayəndə heyəti Ege Universitetinin nəzdində fəaliyyət
göstərən elmi tədqiqat institutlarının fəaliyyət prinsipləri ilə də
tanış olublar.
İzmirə səfər çərçivəsində rektor prof. Ədalət Muradov İzmir
İqtisadiyyat Universitetinin rektoru professor Yusuf Hakan
Abacioglu ilə də görüşüb. Görüşdə hər iki universitet arasında
mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunaraq, müvafiq qərarlar
verilib.
UNEC nümayəndələri Ege universitetinin rektorunun dəvətilə
Azərbaycan da daxil olmaqla, 77 ölkədən 1000-dən artıq filmin
təqdim edildiyi Turan Beynəlxalq Film Festivalının mükafatlandırma
mərasimində də iştirak ediblər.





























