
Bakı. Trend:
Daimi arbitraj təşkilatının akkreditasiyası və
akkreditasiyasının ləğvi qaydası təsdiqlənib.
Trend xəbər verir ki, bununla
bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Daimi arbitraj təşkilatı mübahisənin həlli üçün arbitraj
məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisna olmaqla,
arbitraj icraatının idarə edilməsi, arbitrajın təşkilati təminatı,
o cümlədən arbitrlərin təyin olunması, onlara etiraz edilməsi və
onların səlahiyyətinə (mandatına) xitam verilməsi məsələlərinin
həlli, kargüzarlıq, arbitraj haqlarının və digər arbitraj
xərclərinin ödənilməsinin təşkili funksiyalarını həyata
keçirir.
Daimi arbitraj təşkilatı kimi fəaliyyət göstərmək üçün
qeyrikommersiya hüquqi şəxslərin akkreditasiyadan keçirilməsi və
onların akkreditasiyasının ləğvi Ədliyyə Nazirliyi tərəfindən
həyata keçirilir. Bu qaydanın müddəaları beynəlxalq və ya xarici
daimi arbitraj təşkilatlarına tətbiq edilmir.





























