
Bakı. Trend:
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması
prosesi tezliklə başa çatmalıdır.
Trend xəbər
verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatıda keçiriləcək
görüşü ilə bağlı jurnalistlərə deyib.
“Ümid edirik ki, baş verənlər bu prosesin çox tezliklə başa
çatacağına dair daha bir siqnaldır”, – o deyib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri
Ceyhun Bayramov və Ararat Mirzoyan mayın 10-da Qazaxıstanın Almatı
şəhərində görüşəcək. Belə ki, bu barədə Azərbaycan XİN-in sözçüsü
Ayxan Hacızadə sosial media hesabında paylaşım edib.
Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında danışıqlar
üçün platforma təklif etmişdi.





























