Advertisement

Almaniya Moskvadakı səfirini geri çağırır

Bakı. Trend:

Almaniya məsləhətləşmələr üçün Moskvadakı səfirini geri
çağırır.

Trend xəbər verir ki, bu barədə Rusiya mediası Almaniya Xarici
İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Almaniyanın Moskvadakı səfiri Aleksander Lambsdorf Almaniya
Sosial-Demokrat Partiyasının (SDPG) resurslarına kiberhücumla bağlı
Rusiyanın ünvanına səsləndirilən ittihamlardan sonra
məsləhətləşmələr üçün geri çağırılır.

Almaniyanın xarici siyasət idarəsindən bildirilib ki, səfir bir
həftə sonra Moskvaya qayıdacaq.