
Bakı. Trend:
Nüfuzlu “FourFourTwo” nəşri dünyanın ən yaxşı stadionlarının
reytinq cədvəlini yeniləyib.
Trend xəbər verir ki, 100 arenanın yer aldığı siyahıda Bakı
Olimpiya Stadionu da var. 2015-ci ildə istifadəyə verilən arena
41-ci pillədə qərarlaşıb.
Siyahıya Argentinada yerləşən ” La Bombonera” stadionu başçılıq
edir. İkinci sırada Braziliyanın “Marakana” stadionu yer alıb. İlk
“üçlüy”ü isə Almaniyanın “Borussiya Dortmund” komandasının
matçlarına ev sahibliyi edən “Siqnal İduna Park” tamamlayıb.
Qeyd edək ki, 69 870 tamaşaçı tutumuna malik Bakı Olimpiya
Stadionu Azərbaycanın ən böyük arenasıdır.





























