Advertisement

Bu şəxslər 8 min manat cərimələnəcək

Bakı. Trend:

Dərman vasitələrinin reseptdə yazılmasında və dərman
vasitələrinin buraxılışında iştirak edən şəxslərin müvafiq olaraq
ali tibb, ali və ya orta əczaçılıq təhsilinə malik olmaları,
həmçinin, təhsilini təsdiq edən sənədin verilmə tarixindən 5 ildən
çox keçdiyi təqdirdə sertifikasiya şəhadətnaməsinə malik olmalarına
nəzarət ediləcək.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzidən Trend-in sorğusuna cavab
olaraq bildirilib ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan
keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq
fəaliyyətinə buraxılmasına görə – vəzifəli şəxslər 800 (səkkiz yüz)
manatdan 1000 (min) manatadək məbləğdə, hüquqi şəxslər 6000 (altı
min) manatdan 8000 (səkkiz min) manatadək məbləğdə cərimə
edilir.

Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna edilən
dəyişikliyə əsasən, reseptlərdə dərman adlarının deyil, tərkib
hissələrinin yazılması nəzərdə tutulur. Hazırda “Elektron Resept”
(reseptim.az) sisteminə mərhələli şəkildə transformasiya olunduğu
səbəbindən həkimlər tərəfindən reseptlər müvəqqəti olaraq həm
kağız, həm də elektron qaydada yazılır. Lakin bu il ərzində bu
sistemə mərhələli keçid başa çatdıqdan sonra reseptlər yalnız
elektron qaydada yazılacaq.